DÇ-2026: İtaliya və Belçikanın seçmə mərhələdə ilk sınağı

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutacaq.

I qrupunda yer alan İtaliya millisi seçmə mərhələdəki ilk oyununda qrup lideri Norveçlə qarşılaşacaq. J qrupunda isə Belçika millisi ilk sınağına çıxacaq. Bu komanda qrup lideri Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Xorvatiya isə seçmə mərhələdəki ilk oyununu L qrupunun autsayderi Cəbəllütariqə qarşı keçirəcək.

Xatırladaq ki, D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq Azərbaycan millisi seçmə mərhələ oyunlarına sentyabrda start verəcək.

DÇ-2026-nın seçmə mərhələsi
6 iyun

I qrupu

22.45. Norveç – İtaliya
22.45. Estoniya – İsrail

Xallar: Norveç – 6. Estoniya – 3. İsrail – 3. İtaliya – 0. Moldova – 0.

J qrupu

22.45. Uels – Lixtenşteyn
22.45. Şimali Makedoniya – Belçika

Xallar: Şimali Makedoniya – 4, Uels – 4. Qazaxıstan – 3. Belçika – 0. Lixtenşteyn – 0.

L qrupu

22.45. Çexiya – Monteneqro
22.45. Cəbəllütariq – Xorvatiya

Xallar: Çexiya – 6. Monteneqro – 6. Xorvatiya – 0. Farer adaları – 0. Cəbəllütariq – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: