Futbolçuya qarğış etmiş hakim 2 illik cəzalandırıldı

İtaliyalı hakim Qabriel Kacari “Peo Sesto”nun yarımmüdafiəçisi Alessandro Salaya xərçəngə tutulmasını arzuladığı üçün cəzalandırılıb.

Arena.az “Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir ki, ədalət təmsilçisi qarğışına görə iki illik müddətə futboldan kənarlaşdırılıb.

Hadisə 2024-cü ilin noyabr ayında baş verib. Kacari İtalya D Seriyasında “Malano” və “Pro Sesto” komandaları arasındakı oyunu idarə edərkən dilinə sahib ola bilməyib.

Oyun zamanı Alessandro Sala əvəz edilməsini xahiş edib. Futbolçu bunu, görüşün baş hakimindən ünvanına qarğış eşitməsi ilə əsaslandırıb. Sala bildirib ki, Kacari ona xərçəngə tutulmasını arzulayıb. Nəticədə “Pro Sesto” referinin yolverilməz əməlini mühakimə edib. İtaliya Federal Prokurorluğu isə hadisə üzrə təhqiqata başlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: