Cennaro Qattuzo “Hayduk”la vidalaşdı

İtaliyalı futbol mütəxəssisi Cennaro Qattuzo Xorvatiyanın “Hayduk” komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub 47 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Qattuzo 2024-cü ilin yayından “Hayduk”u çalışdırırdı. Sözügedən Xorvatiya çempionatında 2024/2025-ci illər mövsümünü 3-cü sırada bitirib. Qattuzonun komandası keçirdiyi 36 oyunda 17 qələbə qazanıb, 12 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Qattuzo “Hayduk”u bütövlükdə 43 oyuna çıxarıb. Komanda bu görüşlərdə 20 qələbə qazanıb, 14 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.

Cennaro Qattuzo daha öncə İspaniyada “Valensiya”nın, İtaliyada “Napoli”, “Milan”, “Piza” və “Palermo”nun, Yunanıstanda “OFİ Krete”nin, İsveçrədə “Syon”un, Fransada Marsel “Olimpik”inin də baş məşqçisi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: