“Atalanta” İvan Yuriçə tapşırıldı

Xorvatiyalı futbol mütəxəssisi İvan Yuriç İtaliya A Seriyasında mübarizə aparan “Atalanta”nın yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Berqamo klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

49 yaşlı mütəxəssislə 2 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalanıb. Yuriç “Atalanta”nın baş məşqçisi postunda bu gün “Roma”ya baş məşqçi təyin olunduğu açıqlanmış Can Pyero Qasperinini əvəz edib.

Xatırladaq ki, Yuriçin sonuncu iş yeri “Sauthempton” olub. O, İngiltərə klubunu bu ilin aprelində tərk etmişdi. Xorvat mütəxəssisin istefasına bu komandanın Premyer Liqada qalmaq şansını itirməsi səbəb olmuşdu. Yuriç ötən ilin dekabr ayında “Sauthempton”a baş məşqçi təyin olunmuşdu. O, bu komandanı bütövlükdə 16 oyuna çıxarıb. “Sauthempton” bu görüşlərdə cəmi 2 qələbə qazanıb, 1 heç-heçə edib və 13 məğlubiyyətə üzülüb.

İvan Yuriç “Sauthempton”dan öncə “Roma”, “Torino”, “Verona”, “Cenoa”, “Krotone” və “Mantova” kimi komandalara da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: