2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində mübarizə davam edir.
Arena.az xəbər verir ki, bu gün daha 3 qrupda 3-cü turun matçları keçirilib.
G, H, K qruplarında ümumilikdə altı matç gerçəkləşib. Serbiya, Niderland və Avstriya seçmə mərhələdə ilk görüşünə çıxıblar. Niderland və Avstriya qələbə ilə, serblər isə heç-heçə ilə başlayıblar.
İngiltərə yığması Andorranın qonağı olub və tək qolla qalib gəlib. Bosniya və Herseqovina isə San Marinonu oxşar hesabla üstələyib. Bu komandalar cırtdan ölkələrə qalib gəlməklə ardıcıl üçüncü qələbələrini rəsmiləşdiriblər.
Xatırladaq ki, D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq Azərbaycan millisi seçmə mərhələ oyunlarına sentyabrda start verəcək.
DÇ-2026-nın seçmə mərhələsi
Qrup mərhələsi, 3-cü tur
7 iyun
G qrupu
Malta – Litva 0:0
Finlandiya – Niderland 0:2
Qollar: Depay, 6. Dumfris, 23.
Xallar: Polşa – 6. Finlandiya – 4. Niderland – 3. Litva – 2. Malta – 1.
H qrupu
Bosniya və Herseqovina – San Marino 1:0
Qol: Dzeko, 66.
Avstriya – Rumıniya 2:1
Qollar: Qreqoriç, 42. Zabitser, 60 – Alibek, 90+5.
Xallar: Bosniya və Herseqovina – 9. Avstriya – 3. Rumıniya – 3. Kipr – 3. San Marino – 0.
K qrupu
Andorra – İngiltərə 0:1
Qol: H.Keyn, 50.
Albaniya – Serbiya 0:0
Xallar: İngiltərə – 9. Albaniya – 4. Latviya – 3. Serbiya – 1. Andorra – 0.


