DÇ-2026: İtaliyadan ilk qələbə, Xorvatiyadan darmadağın

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində növbəti qarşılaşmalar keçirilib.

Arena.az xəbər verir ki, qrup mərhələsinin 3-cü turunun ilk oyun günündə 3 qrup çərçivəsində 6 görüş baş tutub.

Doğma meydanda Moldova yığması ilə qarşılaşan İtaliya millisi ilk qələbəsini qazanıb. Bu qrupun digər oyununda isə Norveç yığması Estoniya ilə səfər oyununda ardıcıl 4-cü qələbəsini rəsmiləşdirib.

J qrupunda Qazaxıstan yığması evdə Şimali Makedoniyaya uduzubsa, Belçika millisi Uelslə məhsuldar keçmiş ev oyunundan çətin qələbə ilə ayrılıb.

L qrupunda Xorvatiya millisi Çexiyanı, Farer adaları yığması isə Cəbəllüttariqi məğlub yola salıb.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi
Qrup mərhələsi, 4-cü tur
9 iyun

I qrupu

İtaliya – Moldova 2:0
Qollar: Raspadori, 40. Kambyazo, 50.

Estoniya – Norveç 0:1
Qol: Haland, 62.

Xallar: Norveç – 12. İsrail – 6. Estoniya – 3. İtaliya – 3. Moldova – 0.

J qrupu

Qazaxıstan – Şimali Makedoniya 0:1
Qol: Traykovski, 33.

Belçika – Uels 4:3
Qollar: Lukaku, 15-pen. Tilemans, 19. Doku, 27. De Bröyne, 88 – H.Uilson, 45+7-pen. S.Tomas, 51. B.Conson, 70.

Xallar: Şimali Makedoniya – 8. Uels – 7. Belçika – 4. Qazaxıstan – 3. Lixtenşteyn – 0.

L qrupu

Xorvatiya – Çexiya 5:1
Qollar: Kramariç, 42; 75. Modriç, 62-pen. Perişiç, 68. Budimir, 72-pen – Souçek, 58.

Farer adaları – Cəbəllüttariq 2:1
Qollar: Frederiksberq, 71. Yohannesen, 86 – Skanlon, 23.

Xallar: Çexiya – 9. Xorvatiya – 6. Monteneqro – 6. Farer adaları – 3. Cəbəllüttariq – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: