“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin “Yuventus”la oyununu şərh edib.
Arena.az məlumat verir ki, “şəhərlilər” “qoca sinoyra”nı 5:2 hesabıyla məğlub ediblər.
Qvardiola matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Biz çoxdandır ki, bugünkü kimi belə bir oyun nümayiş etdirmirdik – həm topla və həm də topsuz. Oyunçularım işlərinə sədaqət təzahür etdirdilər. Biz əvvəlki səviyyəmizə qayıtmaq üçün nəyi yaxşılaşdırmaq gərək oduğunu müzakirə etmişdik. Şadıq ki, əvvəlki oyunlarda öz gücünü sübut etmiş qüvvətli bir komandanı məğlub etməklə, qrup mərhələsini birinci olaraq tamamladıq. Rəqibimizin kimliyinin intizarındayıq.
Qeyd etmək vacibdir ki, bu, yalnız bircə oyundur! Amma məncə, bü gün oyunçularım, komandanın uğurlu olması üçün nə tələb edildiyini yenidən anladılar. Bütün sirr burada gizlənir: artıq sözlər və təzahürlər gərək deyil, onlar sadəcə olaraq oynayır və bunu başa düşürdülər”, – BBC 54 yaşlı ispan mütəxəssisdən sitat gətirir.
3 turdan sonra “Mançester Siti”nin yer aldığı “G” qrupunun yekun yarış cədvəli belə mənzərə yaradır:
- “Mançester Siti” – 9 xal;
- “Yuventus” – 6 xal;
- “Əl-Əyn” – 3 xal;
- “Vidad” – 0.
“Mançester Siti” və “Yuventus” yarışın 1/8 final mərhələsinə vəsiqə qazanıblar. Ələmə mərhələsində “şəhərlilər” Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”la qarşılaşacaqlar. “Qoca sinyora” isə İspaniya nəhəngi “Real”a “imtahan” verməli olacaq.


