“Sumqayıt” bu yay Qəbələdə hazırlıq keçəcək

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın 2025/2026-cı illər mövsümünə hazırlıq planı məlum olub.

Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yaıyb.

İyulun 7-dən etibarən yeni mövsümün hazırlığına start verən komanda məşqləri iyulun 24-nə qədər “Sumqayıt Arena”da keçirəcək.

Ayın 25-də Qəbələyə yola düşəcək kollektiv təlim-məşq toplanışının ikinci mərhələsini burada davam etdirəcək.

Avqustun 8-nə qədər davam edəcək təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə tarixi hələlik bəlli deyil.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: