Edu Qaspar “Nottingem Forest”də

“Arsenal”ın keçmiş idman direktoru, braziliyalı mütəxəssis Edu Qaspar karyerasını “Nottingem Forest”də davam etdirəcək.

Arena.az bu barədə “Nottingem Forest”in rəsmi saytına istinadən məlumat verir.

Edu Qaspar “meşəçilər”in baş idman direktoru təyin edilib. Edu birbaşa futbola aid bütün məsələrlə məşğul olacaq, həmçinin oyunçu seçimi, heyətin təşkili və futbolçuların inkişafı kimi əsas məsələlərə nəzarət edəcək.

Xatırdaq ki, Edu “Arsenal”ın keçmiş yarımmüdafiəçisi olub. Braziliyalı mütəxəssis 2019-cu ilin iyul ayında “topçular”ın texniki direktoru vəzifəsinə təyinat almış, ardınca isə 2022-ci ilin noyabr ayında “topçular”ın birinci idman direktoru olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: