Azərbaycanın həndbol üzrə “Kür” klubunun kişi və qadınlardan ibarət komandaları bir neçə oyunçusu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 2024/2025-ci illər mövsümü başa çatdıqdan sonra Bojidar Lekoviç, Borislav Urta, Anar Tağıyev, Oqnyen Lekoviç, Mile Mıyuşkoviç, Sergey Dubovik və Bojidar Simiç kişilərdən ibarət komandanı tərk ediblər.
Qadınlardan ibarət komandada isə Leonora Rahmani, Tamara Radonyiç, İvana Mitroviç və Militsa Rayçeviçlə yollar ayrılıb.
Qeyd edək ki, “Kür”ün həm kişilərdən, həm də qadınlardan ibarət komandaları Avropa Kubokunda mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaqlar. Ölkə çempionatının bürünc mükafatçısı olan qadınlardan ibarət komanda Portuqaliyanın “San-Pedru-du-Sul” klubu ilə üz-üzə gələcək.
Azərbaycan çempionu olmuş kişilərdən ibarət kollektiv isə “Balatondyured” (Macarıstan) – “Beykoz” (Türkiyə) duelinin güclüsü ilə qarşılaşacaq.


