Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la qarşılaşacaq “Zirə” bu oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan və Xorvatiya klubları arasında ilk matç iyulun 23-də Bakıda təşkil olunacaq. 8-ci km stadionunda keçiriləcək bu oyuna saat 19:30-da start veriləcək. Komandalar arasında cavab görüşü isə iyulun 31-də “Polyud Stadium”da keçiriləcək. Bu oyuna da Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
“Zirə” xorvatlarla oyun üçün bütövlükdə 21 futbolçu sifariş edib. Maraqlıdır ki, 21 nəfərlik siyahıda komandadan ayrılacağı gündəmdə olan Salifu Suma və Rafael Utziqin adı yoxdur. Bundan başqa, bu yay transfer edilən belaruslu hücumçu Yeqor Boqomolski, həmçinin yarımmüdafiəçi Eldar Quliyevin də heyətdə yer almaması diqqət çəkir. Boqomolski və Quliyevin də zədəli olduğu üçün siyahıya daxil edilmədiyi məlum olub. Hər iki futbolçu təlim-məşq toplanışı zamanı zədə alıb.
Baş məşqçi Rəşad Sadıqovun sərəncamında 2 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu olacaq:
Qapıçılar: Aydın Bayramov, Tyaqo Silva;
Müdafiəçilər: Ruan Renato, Anje Mutsinzi, Rövlan Muradov, Elçin Əlicanov, Fuad Bayramov, İssa Cibrilla, Stefan Akka, Qismət Alıyev;
Yarımmüdafiəçilər: İsmayil İbrahimli, Georgi Papunaşvili, Ayron Qomis, Hacıağa Hacılı, Rikardo Quima, Ceyhun Nuriyev, Brahim Konate;
Hücumçular: Davit Volkov, Martins Junior, Vansan Till, Abdul Aziz Batibye.


