Konfrans Liqasında klublarımızın rəqibləri bəlli oldu

Futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, püşkatmada Azərbaycan klublarının – “Araz-Naxçıvan”, “Zirə” və “Sabah”ın da potensial rəqibləri də müəyyənləşib.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Petrokub” (Moldova) – “Sabah” cütünün qalibi Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Levski” (Sofiya, Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.

“Zirə” – “Hayduk” (Xorvatiya) cütünün qalibi “Atletik Klub Eskaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

“Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan) cütünün qalibi isə “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) matçının qalibi ilə görüşəcək.

3-cü təsnifat mərhələsinin oyunları avqustun 7-də və 14-də keçiriləcək. “Sabah”ın yer aldığı cütün qalibi ilk oyununu səfərdə, “Zirə” və “Araz-Naxçıvan”ın təşkil etdiyi cütdən üstün ayrılacaq komanda isə evdə keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: