“Verder” Samuel Mbanqula ilə gücləndi

“Verder” 21 yaşlı belçikalı sol cinah hücumçusu Samuel Mbanqulanı “Yuventus”dan tamhüquqlu əsasda satın alıb.

Arena.az bu barədə “Verder”in rəsmi saytına istinadən məlumat verir.

Tərəflərin müqavilə müddəti haqda açıqlama hələ verilməyib.
Keçid Bremen klubuna 10 milyon avro məbləğ müqabilində başa gəlib.

Samuel Mbanqula “Yuventus”un məzunudur. Geridə qalmış mövsümdə gənc futbolçu “byankoneri” üçün 32 oyun keçirrib, 4 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Mbanqula Belçikanın U-15, U-17, U-18, U-19 və U-21 komandalarına cəlb edilsə də, əsas yığmada debüt imkanı hələ qazanmayıb.

Gənc hücumçu futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı sol cinah hücumçusunun transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: