“Everton” 26 yaşlı ingilis mərkəz yarımmüdafiəçisi Kirnan Dyuzberi-Hollu “Çelsi”dən tamhüquqlu əsasda satın alıb.
Arena.az bu barədə “Everton”un mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “qənnadçılar”a 28,65 milyon avro məbləğ müqabilində başa gəlib.
Kirnan Dyuzberi-Holl “Lester”in məzunudur. Futbolçu, həmçinin “Blekpul” və Luton Taun”da icarədə olub və “Çelsi”də çıxış edib.
Geridə qalmış mövsümdə Dyuzberi-Holl “Çelsi” üçün 36 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Kirnan Dyuzberi-Holl milli yığma komandaya cəlb edilməyib.
Dyuzberi-Hollun qənimətlər muzeyində “Lester”lə qazandığı İngiltərə Çempionşipi (2023/2024) və İngiltərə Super Kuboku (2021/2022), həmçinin “Çelsi” ilə qazandığı Konfrans Liqası (2024/2025) və FIFA Klub Dünya Kuboku (2025) var.
“Transfermarkt” internet-portalı 26 yaşlı ingilis mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.



