Bu gün keçirilmiş bir oyunla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mövsümün və turun açılış oyununda “Renn” və Marsel “Olimpik”i üz-üzə gəliblər. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.
İlk turun qalan görüşləri avqustun 16-da və 17-də keçiriləcək.
Fransa, Liqa 1
1-ci tur
15 avqust
Renn – Olimpik (Marsel) 1:0
Qol: Blas, 90+1.
16 avqust
19:00. Lans – Olimpik (Lion)
21:00. Monako – Havr
23:05. Nitsa – Tuluza
17 avqust
17:00. Brest – Lill
19:15. Anje – Paris
19:15. Oser – Loryan
19:15. Mets – Strasburq
22:45. Nant – PSJ


