Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Lans” doğma meydanda qarşılaşdığı Lion “Olimpik”inə minimal hesabla uduzub. “Nitsa” da “Tuluza” ilə ev oyunundan son dəqiqələrdə buraxdığı qol nəticəsində xalsız qayrılıb. Dörd qolun qeydə alındığı “Monako” – “Havr” matçında isə meydan sahibləri inamlı hesabla qələbə qazanıblar.
İlk turun qalan görüşləri avqustun 17-də keçiriləcək.
Fransa, Liqa 1
1-ci tur
15 avqust
Renn – Olimpik (Marsel) 1:0
Qol: Blas, 90+1.
16 avqust
Lans – Olimpik (Lion) 0:1
Qol: Mikautadze, 45+1.
Monako – Havr 3:1
Qollar: Lyoris, 32-öz qapısına. Dayer, 61. Akliuş, 74 – Ndiaye, 67.
Nitsa – Tuluza 0:1
Qol: Sidibe, 90.
17 avqust
17:00. Brest – Lill
19:15. Anje – Paris
19:15. Oser – Loryan
19:15. Mets – Strasburq
22:45. Nant – PSJ


