Marko Palestra “Atalanta”nı “Kalyari”yə dəyişdi

İtaliyanın “Atalanta” klubunun sağ cinah müdafiəçisi Marko Palestra bundan sonra “Kalyari”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Kalyari”nin rəsmi saytına istinadən xəbər verir.

20 yaşlı futbolçu yeni klubuna icarə əsasında qoşulub. O, 2025/2026-cı illər mövsümünün sonunadək “Kalyari”də çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Marko Palestra “Atalanta”nın yetirməsidir. Gənc futbolçu Berqamo klubunun əsas komandasının heyətində cəmi 16 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

İtaliyanın U-19, U-20 və U-21 yığmalarında da oynamış futbolçuya əsas millidə debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: