İngiltərənin “Çelsi” klubunun argentinalı mərkəz müdafiəçisi Aaron Anselmino bundan sonra “Dortmund “Borussiya”sının uğurları üçün çalışacaq.
Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bundesliqa təmsilçisi Anselminonu “Çelsi”dən icarəyə götürüb. 20 yaşlı argentinalı müdafiəçi 2025/2026-cı illər mövsümünün sonunadək “Borussiya”nın formasını geyinəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Xatırladaq ki, “Çelsi” Anselminonu 2024-cü ilin yayında “Boka Xuniors”dan 16,5 milyon avroya transfer edib. O, London klubunun əsas komandasında cəmi 1 oyun keçirib. Argentinalı futbolçunun London təmsilçisi ilə 2031-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.
Aaron Anselmino “Boka Xuniors”un yetirməsidir. O, bu klubun əsas komandasında 23 oyuna çıxıb, 2 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


