Premyer Liqada 26-cı turun iki oyunu üçün hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Arena.az xəbər verir ki, “Keşlə” – “Sumqayıt” matçını Rəşad Əhmədov idarə edəcək.

“Səbail” – “Neftçi” oyunu isə Elçin Məsiyevə tapşırılıb.

Azərbaycan Premyer Liqası
26-cı tur
8 may

“Keşlə” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“ASK Arena”, 18:00.

“Səbail” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, İnqilab Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“ASCO Arena”, 20:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: