Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Nant” – “Renn” matçında qalib müəyyənləşməyib. “Brest” “Nitsa”nı məğlub yola salıb. “Lans” da “Lill” ilə ev oyununda darmadağına sevinib.
5-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
5-ci tur
19 sentyabr
Olimpik (Lion) – Anje 1:0
Qol: Tessmann, 65.
20 sentyabr
Nant – Renn 2:2
Qollar: Mvanqa, 64. El Arabi, 90+6 – Blas, 29-pen. Lepaul, 35.
Brest – Nitsa 4:1
Qollar: Ayork, 6. Del Kastilyo, 9. Şota, 70. Laskari, 76 – Moffi, 30.
Lans – Lill 3:0
Qollar: Said, 28. Toven, 43. Fofana, 52.
21 sentyabr
17:00. Paris – Strasburq
19:15. Oser – Tuluza
19:15. Havr – Loryan
19:15. Monako – Mets
22:45. Olimpik (Marsel) – PSJ


