Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Tuluza” – “Nant” matçında qalib müəyyənləşməyib. “Loryan” – “Monako” matçında da qapılara dörd qol vurulub. Amma bu görüşdə meydan sahibləri inamlı qələbəyə seviniblər. Son çempion və lider PSJ də “Oser”i məğlub yola salıb.
6-cı turun qalan görüşləri sentyabrın 28-də keçiriləcək.
Fransa, Liqa 1
5-ci tur
26 sentyabr
Strasburq – Olimpik (Marsel) 1:2
Qollar: Uattara, 49 – Obameyanq, 78. Murilyo, 90+1.
27 sentyabr
Loryan – Monako 3:1
Qollar: Bamba, 40. Pagis, 76; 82 – Fati, 90+7-pen.
Tuluza – Nant 2:2
Qollar: Qboho, 47. Donnum, 66-pen – Lahdo, 45+4. Leru, 61.
PSJ – Oser 2:0
Qollar: Zabarnı, 32. Beraldo, 54.
28 sentyabr
17:00. Nitsa – Paris
19:15. Anje – Brest
19:15. Lill – Olimpik (Lion)
19:15. Mets – Havr
22:45. Renn – Lans


