Mark Bernal “Barselona” ilə yeni müqaviləyə imza atdı

İspaniya çempionu “Barselona”nın dayaq yarmmüdafiəçisi Mark Bernal Kataloniya təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

18 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilin iyununa kimi uzadılıb. “Barselona” yeniyetmə futbolçusuna 500 milyon avro təzminat qiyməti qoyulub.

Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2026-cı ilin 30 iyununa qədər idi.

Dayaq yarımmüdafiəçisi olan Mark Bernal “Barselona”nın yetirməsidir. İspan futbolçu 2024-cü ildən “blauqrana”nın əsas komandasına cəlb olunur.

Yarımmüdafiəçi “Barselona”nın əsas komandasında cəmi 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.

Bernal İspaniyanın U-16 və U-17 yığmalarına cəlb edilib. O, U-17 yığmasında 11 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Mark 2024/2025-ci illər mövsümündə “Barselona” ilə İspaniya çempionu olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispan dayaq yarmmüdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: