Liqa 1: PSJ və “Monako” xal itirdi, Lion “Olimpik”i uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Havr” – “Renn” və “Monako” – “Nitsa” matçlarında qalib müəyyənləşməyib. Səfərdə “Lill” ilə qarşılaşmış PSJ də qələbəni əldən verib və 1 xalla kifayətlənib.

Lion “Olimpik”i doğma meydanda “Tuluza”ya məğlub olub. “Strasburq” isə “Anje”ni 5 cavabsız qolla yenib.

Beləliklə, geridə qalmış 7 turdan sonra 16 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i, “Strasburq” və Lion “Olimpik”inin 15, “Monako” və “Lans”ın 13, “Lill”in 11 xalı var.

Fransa, Liqa 1
7-ci tur

3 oktyabr

Paris – Loryan 2:0
Qollar: Kebbal, 25. Krasso, 30.

4 oktyabr

Mets – Olimpik (Marsel) 0:3
Qollar: Payşao, 51. Orayli, 69. Quiri, 76.

Brest – Nant 0:0

Oser – Lans 1:2
Qollar: Syerraita, 61 – Eduard, 14. Sima, 90+6.

5 oktyabr

Olimpik (Lion) – Tuluza 1:2
Qollar: Fofana, 24 – Emersonn, 87; 90+6.

Havr – Renn 2:2
Qollar: Sumare, 45+1-pen. Ndiaye, 79 – Embolo, 10. Lepaul, 29.

Monako – Nitsa 2:2
Qollar: Fati, 45+5-pen; 56-pen – Diop, 29; 42-pen.

Strasburq – Anje 5:0
Qollar: Paniçelli, 36; 51. Uattara, 61. Qodo, 66; 70.

Lill – PSJ 1:1
Qollar: Mbappe, 85 – Mendes, 66.

Xəbəri sosial şəbəkələrdə paylaş: