Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün ilk təyinatları açıqlanıb, 1-ci raundun hakimləri müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinin oyunlarını idarə edəcək hakimlər artıq məlumdur. Bu raundun görüşləri oktyabrın 9-da və 10-da keçiriləcək.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
9 oktyabr
14:00. “Şəki” – “Araz Saatlı”
Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Rekord Arena”.
14:00. “Qaradağ Lökbatan” – “Ağdaş”
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
14:00. “Dinamo” – “Kür-Araz”
Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu.
14:00. “Ağstafa Gəncləri” – “Şirvan”
Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmnədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağstafa şəhər stadionu.
10 oktyabr
14:00. “Göygöl” – “Şəmkir”
Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu.
14:00. “Quba” – “Xankəndi”
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Quba Olimpiya İdman Kompleksinin stadionu.


