Fransa – Azərbaycan: Açıq məşq və mətbuat konfransı olacaq

DÇ-2026-nın seçmə mərhələsinin Fransa – Azərbaycan oyunundan öncə öncə baş məşqçilər Didye Deşam və Ayxan Abbasov jurnalistlərlə görüşəcəklər.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, artıq oyundan öncə təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı məlumdur.

Oktyabrın 9-da əvvəlcə Didye Deşam, daha sonra isə Ayxan Abbasov media nümayəndələri önünə çıxacaqlar:

9 oktyabr

Fransa milli komandası
14:15. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
21:30. Mətbuat konfransı
22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Fransa – Azərbaycan oyunu oktyabrın 10-da, Paris şəhərindəki “Park de Prens” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: