Azərbaycan Kubokunda 2-ci raundun bütün cütləri bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, ilk təsnifat mərhələsinin bu gün keçirilmiş sonuncu oyunlarından sonra dəqiqləşib.

Son olaraq “Xankəndi” və “Göygöl” komandaları da 2-ci raundda iştirak hüququ qazanıblar. Onlar müvafiq olaraq “Baku Sportinq” və “Difai”yə rəqib olublar.

Qeyd edək ki, Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyunları oktyabrın 28-də və 29-da baş tutacaq.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

Səbail – Şamaxı
Göygöl – Baku Sportinq
Karvan – Şəki
Qaradağ Lökbatan – İmişli
Qəbələ – Mingəçevir
Cəbrayıl – Şəfa
Zaqatala – Sumqayıt
Neftçi – MOİK
Xankəndi – Difai
Dinamo – Turan Tovuz
Ağstafa Gəncləri – Kəpəz
Şimal – Şahdağ-Qusar

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: