DÇ-2026: Fransa İslandiyaya qarşı

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Arena.az xəbər verir ki, A, B, D, J qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.

Bu gün Ukrayna ilə qarşılaşacaq Azərbaycan millisinin yer aldığı D qrupunda İslandiya Fransanı qəbul edəcək.

İsveç evdə Kosovo ilə üz-üzə gələcəksə, Belçika səfərdə Uelsin, Almaniya isə Şimali İrlandiyanın qonağı olacaq.

DÇ-2026-nın seçmə mərhələsi
13 oktyabr

A qrupu

22:45. Şimali İrlandiya – Almaniya
22:45. Slovakiya – Lüksemburq

Xal: Almaniya – 6. Şimali İrlandiya – 6. Slovakiya – 6. Lüksemburq – 0.

B qrupu

22:45. İsveç – Kosovo
22:45. Sloveniya – İsveçrə

Xal: İsveçrə – 9. Kosovo – 4. Sloveniya – 2. İsveç – 1.

D qrupu

22:45. İslandiya – Fransa
22:45. Ukrayna – Azərbaycan

Xal: Fransa – 9. Ukrayna – 4. İslandiya – 3. Azərbaycan – 1.

J qrupu

22:45. Uels – Belçika
22:45. Şimali Makedoniya – Qazaxıstan

Xal: Şimali Makedoniya – 12. Belçika – 11. Uels – 10. Qazaxıstan – 6. Lixtenşteyn – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: