Liqa 1: “Strasburq” PSJ-dən də xal aldı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda son çempion PSJ doğma meydanda cari mövsümün sürpriz komandalarından olan “Strasburq”u qəbul edib. Altı qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

8-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
8-ci tur

17 oktyabr

PSJ – Strasburq 3:3
Qollar: Barkola, 6. Q.Ramos, 58-pen. Mayulu, 799 – Panikelli, 26; 49. D.Moreyra, 41.

18 oktyabr

19:00. Nitsa – Olimpik (Lion)
21:00. Anje – Monako
23:05. Olimpik (Marsel) – Havr

19 oktyabr

17:00. Lans – Paris
19:15. Loryan – Brest
19:15. Renn – Oser
19:15. Tuluza – Mets
22:45. Nant – Lill

Xəbəri sosial şəbəkələrdə paylaş: