Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
8 qolun qeydə alındığı “Olimpik” (Marsel) – “Havr” matçında meydan sahibləri qələbə qazanıblar. Lion “Olimpik”i isə səfərdə “Nitsa”ya məğlub olub. “Anje” – “Monako” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
8-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
8-ci tur
17 oktyabr
PSJ – Strasburq 3:3
Qollar: Barkola, 6. Q.Ramos, 58-pen. Mayulu, 799 – Panikelli, 26; 49. D.Moreyra, 41.
18 oktyabr
Nitsa – Olimpik (Lion) 3:2
Qollar: Bard, 5. Diop, 35. Budaui, 55 – Şults, 29; 90+5.
Anje – Monako 1:1
Qollar: Şerif, 85 – Baloqun, 72.
Olimpik (Marsel) – Havr 6:2
Qollar: Qrinvud, 35-pen; 67; 72; 76. Vas, 88. Murilyo, 90+3 – Kexta, 24. A.Ture, 90+2.
19 oktyabr
17:00. Lans – Paris
19:15. Loryan – Brest
19:15. Renn – Oser
19:15. Tuluza – Mets
22:45. Nant – Lill


