Voleybol millimiz Ər-Riyadda İran yığmasına qalib gəldi

Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanında keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib.

Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İran seçməsi ilə üz-üzə gəlib.

Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində gerçəkləşən qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 3:0. İlk setdə 25:11 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub – 25:16, 26:24.

Qeyd edək ki, voleybol millimiz Tacikistan, Türkiyə və Əfqanıstan yığmaları ilə də qarşılaşacaq. Komandamızın növbəti matçı noyabrın 6-da Tacikistan yığmasına qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

İslamiada noyabrın 21-də başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: