PSJ ilə Marsel “Olimpik”i arasında keçiriləcək futbol üzrə Fransa Super Kuboku uğrunda oyunun tarixi və məkanı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, həlledici matç 2026-cı il yanvarın 8-də Küveytin paytaxtı Küveytdəki Caber Əl-Əhməd stadionunda baş tutacaq.
Xatırladaq ki, Fransa Super Kuboku uğrunda qarşılaşma 2009-cu ildən ölkə xaricində təşkil olunur. Görüş daha əvvəl Qətər, İsrail, Çin, Mərakeş, ABŞ, Tunis və Kanadada keçirilib.
PSJ Fransada ən çox super kubok qazanmış komandadır. Paris nəhəngi indiyə qədər 13 dəfə bu titula sahib çıxıb. Bu komandanı 8 dəfə super kubok qazanmış Lion “Olimpik”i izləyib. “Reyms” və “Sent Etyen” isə 5 dəfə oxşar uğura imza atıblar.


