Premyer Liqada aprel ayının ən yaxşıları

Futbol üzrə İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşıları müəyyənləşib.

Arena.az xəbər verir ki, “Vest Hem”in yarımmüdafiəçisi Cessi Linqard ötən ayın ən yaxşı futbolçusu seçilib.

Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Cessi Linqard “Vest Hem”in bu mövsüm Premyer Liqada ayın ən yaxşısı seçilən ilk futbolçusudur.

28 yaşlı futbolçu ötən ay iştirak etdiyi 4 oyunda 4 qola imza atıb. Cessi Linqardın komandası isə 35 oyuna topladığı 58 xalla hazırda Premyer Liqada 6-cı sırada qərarlaşıb.

Premyer Liqada bu mövsüm ayın ən yaxşısı seçilən futbolçular:

Sentyabr: Dominik Kalvert-Levin (Everton)
Oktyabr: Son Hın-Min (Tottenhem)
Noyabr: Bruno Fernandes (Mançester Yunayted)
Dekabr: Bruno Fernandes (Mançester Yunayted)
Janvar: İlkay Gündoğan (Mançester Siti)
Fevral: İlkay Gündoğan (Mançester Siti)
Mart: Keleçi İheanaço (Lester Siti)
Aprel: Cessi Linqard (Vest Hem)

Ötən ayın ən yaxşı məşqçisi isə “Nyukasl”ı çalışdıran Stiv Bryus seçilib. Sözügedən komanda apreldə bu mütəxəsssin rəhbərliyi altında 4 oyuna çıxıb. “Nyukasl” bu görüşlərdə 2 qələbə qazanıb, 2 heç-heçəyə imza atıb. Bu komanda 35 oyuna topladığı 39 xalla turnir cədvəlində 16-cı pillədədir.

Premyer Liqada bu mövsüm ayın ən yaxşısı seçilən baş məşqçilər:

Sentyabr: Karlo Ançelotti (Everton)
Oktyabr: Nuno Espirito Santo (Vulverhempton)
Noyabr: Joze Mourinyo (Tottenhem)
Dekabr: Din Smit (Aston Villa)
Yanvar: Xosep Qvardiola (Mançester Siti)
Fevral: Xosep Qvardiola (Mançester Siti)
Mart: Tomas Tuxel (Çelsi)
Aprel: Stiv Bryus (Nyukasl)

Aprel ayının ən yaxşıları

i

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: