Flik və Yamal “Barsa”nın “Kamp Nou”ya qayıdışını şərh etdilər

“Barselona”nın baş məşqçisi Hansi Flik yenilənmiş “Kamp Nou”da Bilbao “Atletik”i üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, İspaniya La Liqasının 13-cü turu çərçivəsində ötən gecə keçirilmiş “Barselona” – “Atletik” oyununda meydan sahibləri darmadağına seviniblər.

Alman mütəxəssis matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Biz çox yaxşı hazırlaşmışdıq və bunu sübut etdik. Bundan başqa, qol buraxmamığımız da çox vacib amildir. Axı bu, bizə inam bəxş edir”, deyə Hansi Flik məmnunluqla vurğulayb.

“Barselona”nın 18 yaşlı ispaniyalı ulduz hücumçusu Lamin Yamal da Kataloniya klubunun doğma stadionu “Kamp Nou”ya qayıdışı ilə bağlı fikrini bildirib:

“Kamp Nou”da bizim daim nəhəng dəstəyimiz olacaq. Bu, bizə cari mövsümdə kömək edəcək”, deyə Yamal vurğulayıb.

“Barselona”nın ispan qapıçısı Joan Qarsiya isə “Atletik” üzərində 4:0 hesablı möhtəşəm qələbəni belə şərh edib:

“Kamp Nou”ya qayıdşımıza və qələbəmizə şadam”, deyə Qarsiya vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: