Yüksək Liqa: “Murov”dan “Gənclər” üzərində qələbə

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Gənclər” və “Murov” komandaları üz-üzə gəliblər. “Murov”un idman zalında keçirilmiş oyunun qalibi dörd setdə müəyyən olunub. “Murov” rəqibini 3:1 hesabı ilə üstələyib.

Xatırladaq ki, turun daha əvvəl keçirilmiş oyunlarında “Ordu” “Azərreyl”i (3:1), “Neftçi” isə “Xilasedici”ni (3:0) məğlub etmişdi.

Kişi voleybolçuların ölkə çempionatında növbəti turun oyunları dekabrın 5-də keçiriləcək. “Azərreyl” “Neftçi”ni, “Xilasedici” “Murov”u, “Gənclər” “Ordu”nu sınağa çəkəcək.

Yüksək Liqa
4-cü tur

28 noyabr

“Murov Az Terminal” – “Gənclər” 3:1 (25:15, 23:25, 25:15, 25:18)

Xallar: Neftçi – 10. Murov – 8. Xilasedici – 6. Ordu – 5. Azərreyl – 1. Gənclər – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: