Liqa 1: “Mets” “Renn”ə evdə uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Mets” doğma meydanda “Renn” ilə üz-üzə gəlib. Qonaqlar bu oyunda 3 xalı tək qolla qazanıblar.

14-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
14-cü tur

28 noyabr

Mets – Renn 0:1
Qol: Ronjye, 22.

29 noyabr

20:00. Monako – PSJ
22:00. Paris – Oser
00:05. Olimpik (Marsel) – Tuluza

30 noyabr

18:00. Strasburq – Brest
20:15. Anje – Lans
20:15. Havr – Lill
20:15. Loryan – Nitsa
23:45. Olimpik (Lion) – Nant

Xəbəri sosial şəbəkələrdə paylaş: