Yüksək Liqa: “Murov” uduzdu, “Turan” qalib gəldi

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 5-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Milli Aviasiya Akademiyası” komandası “Murov”la qarşılaşıb. Qarşılaşma Milli Aviasiya Akademiyasının idman zalında baş tutub. “Milli Aviasiya Akademiyası” bu oyunda 3:0 hesablı qələbəyə sevinib.

Günün digər matçı isə UNEC-in idman zalında keçirilib. “Turan” UNEC kollektivinə heç bir şans tanımayıb və rəqibini eyni hesabla (3:0) üstələyib.

Xatırladaq ki, turun ötən gün baş tutmuş “DH Volley” – “Gənclər” görüşündə birincilər 3:0 hesablı qələbə qazanmışdılar. Tura sabah yekun vurulacaq. “Abşeron” “Azərreyl”i sınağa çəkəcək. Sabah eyni zamanda 4-cü turdan təxirə salınmış “Gənclər” – “Gəncə” görüşü baş tutacaq.

Yüksək Liqa
5-ci tur
4 dekabr

“Milli Aviasiya Akademiyası” – “Murov” 3:0 (25:18, 30:28, 25:15)

UNEC – “Turan” 0:3 (13:25, 20:25, 21:25)

Xəbəri sosial şəbəkələrdə paylaş: