Liqa 1: Lion “Olimpik”i “Loryan”a uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Havr” – “Paris” matçında qapılara qol vurulmayıb. “Nitsa” doğma meydanda “Anje”yə məğlub olub. “Oser” “Mets”i, “Loryan” isə Lion “Olimpik”ini xalsız yola salıb.

Beləliklə, geridə qalmış 15 turdan sonra 34 xala malik “Lans” vahid liderdir. PSJ 33 xalla ikinci pillədə qərarlaşıb. Marsel “Olimpik”i ilə “Lill” 29, Lion “Olimpik”i ilə “Renn” 24, “Monako” 23 xal toplayıblar.

Fransa, Liqa 1
15-ci tur

5 dekabr

Brest – Monako 1:0
Qol: K.Dumbiya, 28.

Lill – Olimpik (Marsel) 1:0
Qol: E.Mbappe, 10.

6 dekabr

Nant – Lans 1:2
Qollar: El Arabi, 38 – Toven, 34. Said, 81.

Tuluza – Strasburq 1:0
Qol: Emersonn, 18.

PSJ – Renn 5:0
Qollar: Kvaratsxeliya, 28; 67. Mayulu, 39. Mbaye, 88. Q.Ramos, 90+1.

7 dekabr

Nitsa – Anje 0:1
Qol: Belxdim, 33.

Oser – Mets 3:1
Qollar: Sinayoko, 36-pen. El Azzuzi, 39. Danua, 89 – Heyn, 45+1.

Havr – Paris 0:0

Loryan – Olimpik (Lion) 1:0
Qol: Pagis, 39.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: