İngilis futbol mütəxəssisi Qari O’Nil Fransa Liqa 1-də mübarizə aparan “Strasburq” komandasının yeni baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
42 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib. O’Nil bu postda “Çelsi”nin baş məşqçisi təyin olunmuş Liam Rosenyoru əvəz edib.
Xatırladaq ki, “Strasburq” Liqa 1-in cari mövsümündə 24 xalla 7-ci pillədə qərarlaşıb. Komanda 17 oyunda 7 qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. “Strasburq” lider “Lans”dan 16 xal geri qalır.
Qari O’Nil daha öncə İngiltərə Premyer Liqasında “Vulverhempton” və “Bornmut”a da rəhbərlik edib. O, 2024-cü ilin dekabr ayında “Vulverhempton”dan ayrılandan bəri işsiz idi.


