Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.
B qrupunda yer almış “Eyüpspor” “İğdır”a “Konyaspor” isə “Bodrumspor”a oxşar hesabla (2:1) qalib gəlib.
C qrupunda da “Beşiktaş” “Keçiörengücü”nü, “Ərzurumspor” isə “Rizəspor”u məğlub yola salıb.
Türkiyə Kuboku
Qrup mərhələsi, 2-ci tur
14 yanvar
B qrupu
Bodrumspor – Konyaspor 1:2
Eyüpspor – İğdır 2:1
C qrupu
Beşiktaş – Keçiörengücü 3:0
Ərzurumspor – Rizəspor 2:0


