İspaniyanın “Qranada” klubu hücumçusu Roberto Soldado ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Soldado 2019-cu ilin yayından “Qranada”nın uğurları üçün çalışır. İspaniya millisinin sabiq üzvü bu mövsüm “Qranada”nın heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 42 oyunda 14 qola imza atıb.
Roberto Soldado karyerası ərzində “Real”, “Osasuna”, “Valensiya”, “Xetafe”, “Tottenhem”, “Vilyarreal” və “Fənərbaxça” kimi klubların da uğurları üçün çalışıb. O, İspaniyanın əsas milli komandasında 12 oyun keçirib, 7 qol vurub.


