Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Paris” doğma meydanda “Nitsa”nı, “Lill” isə “Nant”ı tək qolla üstələyib. “Brest” də səfərdə “Mets”i oxşar hesabla məğlub edib.
Dörd qolun qeydə alındığı “Loryan” – “Oser” matçında qalib müəyyənləşməyib.
Turun mərkəzi oyununda Marsel və Lion “Olimpik”ləri üz-üzə gəliblər. Beş qolun vurulduğu bu görüşdə meydan sahibləri əzmkar qələbəyə seviniblər.
Beləliklə, geridə qalmış 24 turdan sonra 57 xala malik PSJ vahid liderdir. “Lans” 53 xalla ikinci, Lion “Olimpik”i 45 xalla üçüncü pillədə qərarlaşıb. Marsel “Olimpik”inin 43, “Lill” və “Renn”in 40, “Monako”nun 37 xalı var.
Fransa, Liqa 1
24-cü tur
27 fevral
Strasburq – Lans 1:1
Qollar: Panikelli, 18 – Sanqare, 62.
28 fevral
Renn – Tuluza 1:0
Qol: Nordin, 27.
Monako – Anje 2:0
Qollar: Baloqun, 57. Adinqra, 62.
Havr – PSJ 0:1
Qol: Barkola, 37.
1 mart
Paris – Nitsa 1:0
Qol: Munetsi, 26.
Lill – Nant 1:0
Qol: Nqoy, 90+4.
Loryan – Oser 2:2
Qollar: Dienq, 19; 29 – Senaya, 1. Kazimir, 24.
Mets – Brest 0:1
Qol: Ayorke, 69.
Olimpik (Marsel) – Olimpik (Lion) 3:2
Qollar: Payşao, 52. Obameyanq, 81; 90+1 – Tolisso, 3. Himbert, 76.


