Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, mövsümün sonuncu – 38-ci turunun bütün oyunları eyni gündə və saatda keçirilib.
Çempion “Mançester Siti” son turda doğma meydanda “Everton”u qəbul edib və 5 cavabsız qolla qalib gəlib.
Turnir cədvəlinin ikinci sırasında yer alan “Mançester Yunayted”in rəqibi “Vulverhempton” olub. “Qırmızı şeytanlar” səfərdən qələbə ilə dönüblər.
“Liverpul” doğma meydanda “Kristal Pelas”ı qəbul edib və inamlı qələbə qazanıb. Nəticədə, “qırmızılar” mövsümü üçüncü pillədə başa vurublar. “Çelsi” isə çətin “Aston Villa” səfərindən xalsız dönüb və medalçılar sırasına düşə bilməyib. Amma bu, “zadəganlar”ın UEFA Çempionlar Liqasına vəsiqə qazanmasına mane olmayıb.
Son turda evdə “Tottenhem”ə məğlub olan “Lester Siti” beşinci yeri tutub. “Vest Hem” isə “Sauthempton”u darmadağın etməklə mövsümü altıncı pillədə başa vurub. Nəticədə, “Lester Siti” ilə “Vest Hem” Avropa Liqasına vəsiqə qazanıb. Yeddinci yerlə kifayətlənən “Tottenhem” isə İngiltərəni Avropa Konfrans Liqasında təmsil edəcək.
Son üç pilləni tutan “Fulhem” (28 xalla 18-ci), “Vest Bromviç” (26 xalla 19-cu) və “Şeffild Yunayted” (23 xalla 20-ci) Premyer Liqanı tərk edib.
İngiltərə Premyer Liqası
38-ci tur
23 may
Liverpul – Kristal Pelas 2:0
Qol: Mane, 36; 74.
Şeffild Yunayted – Bernli 1:0
Qol: Makqoldrik, 24.
Fulhem – Nyukasl 0:2
Qol: Uillok, 23. Şar, 88.
Mançester Siti – Everton 5:0
Qol: De Bruyne, 11. Q.Jezus, 14. Foden, 53. Aquero, 71; 76.
Lids – Vest Bromviç 3:1
Qol: Rodriqo, 17. Fillips, 42. Bemford, 78 – Robson-Kanu, 90.
Lester Siti – Tottenhem 2:4
Qol: Vardi, 18-pen; 52-pen – Keyn, 41. Şmeyxel, 76. Beyl, 87; 90+6.
Vulverhempton – Mançester Yunayted 1:2
Qol: Semedo, 39 – Leanqa, 13. Mata, 45+4-pen.
Vest Hem – Sauthempton 3:0
Qol: Fornals, 30; 33. Rays, 86.
Aston Villa – Çelsi 2:1
Qol: Traore, 43. El Qazi, 52 – Çiluell, 70.
Arsenal – Brayton 2:0
Qol: Pepe, 49; 60.



