Premyer Liqa: “Sumqayıt” – “Qarabağ” matçında 7 qol

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünün sonuncu – 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.

Burada “Sumqayıt” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil edilmiş oyunun baş hakimi Elvin Bayramov olub.

Məhsuldar alınmış oyunda bütövlükdə 7 qol qeydə alınıb. Yekunda “Qarabağ” qalib gələrək mövsümü qələbə ilə bitirib.

Premyer Liqa
33-cü tur
22 may

“Sumqayıt” – “Qarabağ” 3:4
Qollar: Səbuhi Abdullazadə, 53. Rüstəm Əhmədzadə, 76. Emil Mustafayev, 90+3 – Ramil Şeydayev, 3; 64. Emmanuel Addai, 22. Aleksey Kaşuk, 85.
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 19:30.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynı, 95. Nsana Simon.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 10. Nikola Ninkoviç, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Saşa İliç.

Qarabağ: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 80. Bəhruz Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 82. Məhəmməd İmaməliyev, 8. Marko Yankoviç, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 66. Hacı İbrahim, 76. Nicat Xasıyev, 74. Səbuhi Niftiyev, 47. Mehdi Mütəllimli.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri sosial şəbəkələrdə paylaş: