Azərbaycan Premyer Liqasının 33-cü turunun “Sumqayıt” – “Qarabağ” matçı meydan sahiblərinin 3:4 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
33-cü tur
22 may
“Sumqayıt” – “Qarabağ” 3:4
Qollar: Səbuhi Abdullazadə, 53. Rüstəm Əhmədzadə, 76. Emil Mustafayev, 90+3 – Ramil Şeydayev, 3; 64. Emmanuel Addai, 21. Aleksey Kaşuk, 85.
Sarı vərəqələr: Səbuhi Abdullazadə, 57 (qeyri-idman hərəkəti). Danilo Beskorovaynı, 72 (qeyri-idman hərəkəti) – Marko Yankoviç, 57 (hakimin qərarına etiraz). Emmanuel Addai, 72 (qeyri-idman hərəkəti). Ramil Şeydayev, 72 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə – 1 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 19:30. Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionu, 6800 tamaşaçı.
Baş hakim: Elvin Bayramov.
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Mirnihad Seyidov.
Dördüncü hakim: Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə (20. Ayxan Süleymanlı, 88), 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov (24. Sənan Muradlı, 74), 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 6. Sedrik Badolo (10. Nikola Ninkoviç, 67), 33. Danilo Beskorovaynı, 95. Nsana Simon (11. Aleksa Yankoviç, 67).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev.
Baş məşqçi: Saşa İliç.
Qarabağ: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev (74. Səbuhi Niftiyev, 86), 27. Toral Bayramov, 80. Bəhruz Qurbanlı (47. Mehdi Mütəllimli, 69), 32. Hikmət Cəbrayılzadə, 82. Məhəmməd İmaməliyev (66. Hacı İbrahim, 86), 8. Marko Yankoviç (76. Nicat Xasıyev, 86), 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə.
Baş məşqçi: Qurban Qurbanov.


