İngiltərənin “Liverpul” klubunun sabiq qapıçısı, hazırda “Betis”də çıxış edən ispan qolkiper Adrian karyerasını başa vurmağa qərar verib.
Arena.az xəbər verir ki, 39 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında yazıb.
Təcrübəli oyunçu həftəsonu son matçına çıxacağını vurğulayıb. “Betis” bu gün La Liqanın 2025/2026-cı illər mövsümü çərçivəsində doğma meydanda “Levante” ilə üz-üzə gələcək.
Xatırladaq ki, 2024-cü ildən “Betis”in uğurları üçün çalışan ispan qapıçı bu komandanın heyətində 63 oyuna çıxıb, 90 qol buraxıb, 17 matçda qapısını toxunulmaz saxlayıb.
Tam adı Adrian San Migel del Kastilyo olan qapıçı 2019-2024-cü illər aralığında “Liverpul”un formasını geyinib. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasının və UEFA Super Kubokunun qalibi olub.
Təcrübəli qolkiper daha öncə İngiltərədə “Vest Hem”in də formasını geyinib.


