Qadınlar futbolçulardan ibarət Azərbaycan millisi mayın 30-dan iyunun 5-nə qədər Bakı şəhərində təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandamız iyunun 6-dan 10-na qədər də Şimali Makedoniyada hazırlıq keçəcək.
Azərbaycan millisi hazırlıq zamanı dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 5-də saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığması ilə, ayın 9-da isə Bakı vaxtı ilə saat 21:00-da Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda Şimali Makedoniya seçməsi ilə qarşılaşacaq.
Bu oyunlar üçün milliyə dəvət olunmuş futbolçuların adlarını nəzərinizə çatdırırıq:
- Aytac Şərifova – Yüksekovaspor (Türkiyə)
- Nərgiz Əliyeva – Giresun Sanayispor (Türkiyə)
- Günay İsmayılova – Neftçi
- Mehriban Şahməmmədova – Klubsuz
- Nigar Mirzəliyeva – Hamburq (Almaniya)
- Vüsalə Seyfəddinova – Neftçi
- Jalə Məhsimova – Yüksekova (Türkiyə)
- Milana Rəhimova – Lyuboten (Şimali Makedoniya)
- Yeliz Açar – Beşiktaş (Türkiyə)
- Alina Nəhmədova – Partizan (Serbiya)
- Aysun Muradova – Haymana (Türkiyə)
- Kamilla Məmmədova – Dirçəliş
- Nərgiz Hacıyeva – Şəfa
- Aydan Həsənova – Neftçi
- Diana Məmmədova – Rubin (Kazan, Rusiya)
- Alina Dorofeyeva – Rubin (Kazan, Rusiya)
- Manə Mollayeva – Neftçi
- Coşqunə Əliyeva – Qaziantep Safir (Türkiyə)
- Esra Manya – Beşiktaş (Türkiyə)
- Peritan Bozdağ – Fənərbağça (Türkiyə)
- Ayşən Salamzadə – Neftçi
- Sevinc Cəfərzadə – Yüksekova (Türkiyə)
- Kristina Bakarandze – Nike Lusso (Gürcüstan)
- Xanım Əsədova – Neftçi


