İsmaila Sarr – Konfrans Liqasında mövsümün oyunçusu!

İngiltərənin “Kristal Pelas” klubunun seneqallı vingeri İsmaila Sarr Avropa Konfrans Liqasında 2025/26 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

28 yaşlı cinah hücumçusu artıq geridə qalmış mövsümdə Konfrans Liqası çərçivəsində 13 oyuna çıxıb və 9 qola imza atıb. Bununla da o, həm də bu turnirdə mövsümün ən sərrast futbolçusu olub.

“Kristal Pelas” isə Konfrans Liqasının finalında İspaniyanın “Rayo Valyekano” komandasına 1:0 hesabıyla qalib gələrək çempionluq sevinci yaşayıb.

İsmaila Sarr “Kristal Pelas”a 2024-cü ilin avqust ayında Fransanın “Olimpik” (Marsel) klubundan 15 milyon avro qarşılığında keçib. Seneqallı vingerin İngiltərə klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, Premyer Liqa təmsilçisinin heyətində indiyə qədər 92 oyuna çıxıb, 33 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Peşəkar karyerasına Fransanın “Mets” klubunda başlamış İsmaila Sarr, “Renn” və “Uotford”un da şərəfini qoruyub. O, Seneqal yığmasında 82 oyun keçirib, 19 qol və 10 assist müəllifi olub.

Yeri gəlmişkən, Konfrans Liqasında mövsümün rəmzi komandası da açıqlanıb. Siyahıda turnirin qalibi olan “Kristal Pelas”ın 4 futbolçusu yer alıb.

Qapıçılar: Din Henderson (“Kristal Pelas”);

Müdafiəçilər: Andre Ratyu, Florian Leyeun (“Rayo Valyekano”), Maksens Lakrua (“Kristal Pleas”), Pedro Enrike (“Şaxtyor”);

Yaımmüdafiəçilər: Kis Smit (“Alkmaar”), Adam Uorton, İsmaila Sarr (“Kristal Pelas”), İsi Palason (“Rayo Valyekano”), Qodo (“Strasburq”);

Hücumçu: Marius Mandilmadji (“Samsunspor”).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: