Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi təşkil edilib.

Arena.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktoru Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, komandaların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Püşkün atılmasında xüsusi qonaq olaraq ölkənin ən titullu futbolçularından biri, Azərbaycan millisinin sabiq üzvü, hazırda 21 yaşadək futbolçulardan ibarət milli komandamızda məşqçi kimi çalışan Qara Qarayev də iştirak edib.

Tədbirdə 1-ci və 2-ci təsnifat mərhələlərinin, həmçinin 1/8 finalın püşkü atılıb. Bu mərhələlərin oyunları bir görüşdən ibarət olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinin oyunları 7-8 oktyabr tarixində baş tutacaq.

Azərbaycan kuboku

1-ci təsnifat mərhələsi

  1. “Marafon” – “Dinamo”
  2. “Qaradağ Lökbatan” – “Şəki”
  3. “Şirvan” – “Kür-Araz”
  4. “Ağdaş” – “Hypers”
  5. “Şəmkir” – “Ağstafa Gəncləri”
  6. “Difai” – “Zəngəzur”

2-ci təsnifat mərhələsi

  1. “Şimal” – “Araz-Naxçıvan”
  2. 1-ci cütün qalibi – “Zaqatala”
  3. “İmişli” – 2-ci cütün qalibi
  4. 3-cü cütün qalibi – “Sumqayıt”
  5. “Qəbələ” – “Mingəçevir”
  6. MOİK – “Şahdağ Qusar”
  7. “Xankəndi” – “Gəncəbasar”
  8. 4-cü cütün qalibi – “Şamaxı”
  9. “Şəfa” – 5-ci cütün qalibi
  10. 6-cı cütün qalibi – “Karvan”
  11. “Səbail” – “Zirə”
  12. “Kəpəz” – “Baku Sportinq”

1/8 final

  1. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
  2. “Sabah” – 9-cu cütün qalibi
  3. 10-cu cütün qalibi – “Qarabağ”
  4. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
  5. 13-cü cütün qalibi – 14-cü cütün qalibi
  6. “Neftçi” – 15-ci cütün qalibi
  7. 16-cı cütün qalibi – 17-ci cütün qalibi
  8. “Turan Tovuz” – 18-ci cütün qalibi
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: