Premyer Liqa: “Neftçi”dən 1000-ci matçda 3:0!

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Qəbələ” “Neftçi”ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilmiş görüşün baş hakimi Cavid Cəlilov olub.

Qeyd edək ki, bu oyun “Neftçi” üçün tarixi yubileylə əlamətdar olub. “Ağ-qaralar” milli çempionatlar tarixində 1000-ci oyunlarını keçiriblər. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv bu tarixi görüşdə 3 cavabsız qolla qalib gəlib.

Premyer Liqa
6-cı tur

18 sentyabr

“Qəbələ” – “Neftçi” 0:3
Qollar: Breno Almeyda, 25. Adeleke Akinyemi, 86. Lyubomir Tupta, 90+2.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 17:30.

Qəbələ: 1. Səlahət Ağayev (k), 4. Elvin Camalov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 9. Karim Rossi, 7. Bruno Silva, 6. Xayme Syerra, 12. Kouya Mabea, 16. İsaak Amoa, 5. Natan Monzanqo, 80. Meşak Uboçioma.
Ehtiyat oyunçular: 32. Artur Motta, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 81. Samir Ağayev, 21. Ziya Şəkərxanov, 19. Xəyyam Məmmədli, 30. Cuma Hüseynov, 24. İsmael Akinade, 3. Edson Eduardo.
Məşqçi: Amil Ağacanov.

Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 3. Rüfət Abbasov, 77. Falaye Sako, 5. İqor Ribeyro, 55. Endryu Qravilyon, 33. Breno Almeyda, 10. Freddi Varqas, 88. Viçko Şevel, 11. Alen Şkribek, 27. Draqolyub Saviç.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 91. Nurəziz Əzizov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 97. Bassala Sambu, 29. Lyubomir Tupta, 26. Adeleke Akinyemi, 22. Denzel Jubitana, 20. Qustavo Klisman.
Baş məşqçi: Yuri Vernidub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: