Futbol üzrə İngiltərə Liqa Kubokunda 2026/2027-ci illər mövsümünün 1/8 final mərhələsinin bütün oyun cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu mərhələdə “Liverpul” “Çelsi” ilə, “Mançester Siti” isə “Brayton”la qarşılaşacaq.
Digər görüşlərdə “Bornmut” “Aston Villa”nı, “Everton” “Nyukasl”ı, “Fulhem” “Kristal Pelas”ı sınağa çəkəcək.
“Arsenal” səfərdə “Flitvud”la, “Brentford” isə “Sanderlend”lə üz-üzə gələcək. “Bredford Siti” və “Piterboro” da İngiltərə Liqa Kubokunda növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulub. Oyunların dəqiq təqvimi daha sonra bəlli olacaq.
İngiltərə Liqa Kuboku
1/8 final mərhələsi
28 oktyabr
“Bornmut” – “Aston Villa”
“Bredford Siti” – “Piterboro Yunayted”
“Everton” – “Nyukasl”
“Flitvud” – “Arsenal”
“Fulhem” – “Kristal Pelas”
“Liverpul” – “Çelsi”
“Mançester Siti” – “Brayton”
“Sanderlend” – “Brentford”


